Hakim kobud oyuna görə prezidenti meydandan kənarlaşdırdı - VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko XIV Beynəlxalq Milad Hokkey Həvəskarları Turnirinin qrup mərhələsində BƏƏ-yə qarşı keçirilən matçda kobud oyuna görə cərimə skamyasına göndərilib.

 

Sportinfo.az xəbər verir ki, Belarus-BƏƏ qarşılaşması ötən gün “Çijovka-Arena”nın böyük buz meydanında baş tutub.

 

Oyunun ikinci hissəsində şayba buza atılan zaman Belarus lideri qonaq komandanın hokkeyçisinin üzərinə yıxılıb. Lukaşenko rəqib oyunçunu əlləri ilə saxladığına görə oyunun hakimi bunu qayda pozuntusu qeydə alıb.

 

Bu qərar Lukaşenkonu təəccübləndirib və o, qayda pozuntusunun olub-olmadığını hakimlə dəqiqləşdirməyə çalışıb. Hakim isə əli ilə Lukaşenkoya cərimə meydançasını göstərib.

 

Qərarı təbəssümlə qarşılayan Lukaşenkonun iki dəqiqəlik “cəzanı” çəkmək üçün skamyaya yollanmaqdan başqa əlacı qalmayıb.

 

Ancaq prezident cəzasını tam çəkməyib, belə ki, meydanda azlıqda qalan belaruslar qapılarında şayba görüb və Lukaşenko yenidən buzun üzərinə çıxıb.

 

Belarus yığması BƏƏ-yə qarşı matçda çətinlik çəkməyib. Hesab 12:7 meydan sahiblərinin xeyrinə başa çatıb.

 

Hələ ikinci hissənin əvvəlində hesab 6:0 olub. Şaybalardan üçünü rəqib komandanın qapısından məhz Belarus prezidenti Aleksandr Lukaşenko keçirib.

 

Tarix: 7 Yanvar 13:23    Oxunub: 177    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.