“Qəbələ”də baş məşqçi oldu

“Qəbələ” İdman Klubunda yeni təyinat gerçəkləşib. 

 

Sportinfo.az xəbər verir ki, əvəzedicilərdən ibarət komandanın baş məşqçisi postuna Emin İmaməliyev təyin olunub.

 

Bunadək klubun U-19 komandasına rəhbərlik edən 38 yaşlı mütəxəssis əvəzedicilərin “sükanı arxası”nda əsas komandada məşqçi kimi fəaliyyətə başlayan Elmar Baxşıyevi əvəzləyib.

 

2014-cü ildən “Qəbələ” akademiyasında çalışan İmaməliyev U-17-də öncə məşqçi, sonra baş məşqçi, 2016-cı ilin yayından U-19-da baş məşqçi kimi çalışıb. 

Tarix: 6 Yanvar 18:01    Oxunub: 424    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.