İtkin alpinistlərin rabitə vasitələri ilə axtarışına dair - Rəsmi açıqlama

“Gilavar”- hava və ekstrim idman klubunun üzvlərinin rabitə vasitələri əsasında yerlərinin müəyyən edilməsinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət daxil olmayıb”.
 
Sportinfo.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.
 
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, dekabrın 23-də Tufandağ istiqamətində yürüşə çıxan və itkin düşən “Gilavar”- hava və ekstrim idman klubunun üzvlərinin rabitə vasitələri əsasında yerlərinin müəyyən edilməsinə dair Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət daxil olmayıb:
 
“Eyni zamanda, qeyd etmək istərdik ki, həmin şəxslərin sonuncu dəfə hansı məntəqədə rabitə vasitələrindən istifadəsini, baza stansiyası ilə rabitə qurğusuna qədər olan məsafəni müəyyən etmək üçün Nazirliyin və tabelindəki telekomunikasiya müəssisələrinin araşdırma aparmağa texniki imkanları yoxdur. Əlavə olaraq qeyd etmək lazımdır ki, bu cür araşdırma işlərinin aparılması hüquq-mühafizə orqanlarının səlahiyyətindədir”.
 
Ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Tarix: 6 Yanvar 17:35    Oxunub: 231    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.