"Bizə belə adam lazımdı ki, işdən qorxmasın, bacardığını eləsin"

«İkinci dövrəyə yeni baş məşqçi ilə başlayacağıq. Müxtəlif namizədlər var idi, sonda Rüstəm Məmmədova üstünlük verdim» - bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.


Ötən mövsüm birinci divizionun iddialılarından sayılan, hətta elitaya yüksəlməyi hədəfləyən “Zaqatala” cari birincilikdə özünə bənzəmir. Bölgə təmsilçisinin qış fasiləsinə sonuncu pillədə yollandığını xatırlatmaq kifayətdi.


Dəyişiklik etməyi qərara alan klub rəhbərliyi bir müddət əvvəl Şaban Şirdanovu əvəzləyən baş məşqçi İlqar Aslanovu vəzifəsindən kənarlaşdırmağı qərara alıb. Aslanova klubda başqa iş tapşırılacaq.

 

Onu bu vəzifədə Rüstəm Məmmədov əvəzləyəcək. İki il əvvələ kimi yaşıl meydanlarda top dalınca qaçan, uzun illər “Simurq”un uğurları üçün tər tökən Məmmədov artıq neçə vaxtdı məşqçi kimi çalışır. “Zaqatala”ya gələnə qədər “Qəbələ”nin Futbol Akademiyasında fəaliyyət göstərirdi.


Yanvarın 10-da “Zaqatala” təlim-məşq toplanışına başlayacaq ki, Rüstəm Məmmədov komanda üzvlərinə təqdim olunacaq və bununla da yeni işinin icrasına başlayacaq.


Qurbanovu dinləyək: «Rüstəm cavandı, Zaqatala futbolunun yetirməsidi. Uzun illər «Simurq»da oynayıb, son vaztlar isə məşqçi kimi ilk addımlarını atıb,

 

Yaxınlarda C və B kateqoriyalı kursları bitirib. Mənə AFFA-dan zənjg vurub təbrik elədilər ki, B kateqoriyalı kurslarda əla qiymət alan 2-3 məşqçi var, Rüstəm də onlardan biri, bəlkə də birincisidi. Çox savadlıdı.

 

Federasiyada hamı onun biliyindən, işə həvəsindən danışır. Bizə də belə adam lazımdı ki, işdən qorxmasın, bacardığını eləsin.

 

«Zaqatala» ilk iki dövrəni özünə layiq yerdə bitirməyib. Nəticələr çox zəifdi. Yeni baş məşqçidən istəyimiz bu olub ki, komandanı kritik vəziyyətdən çıxarsın. Mövsümün qalan hissəsi onun üçün böyük təcrübə olacaq.

 

Qoy, divizionu yaxından tanısın, futbolçuları görsün. Xgələn mövsümə də onunla başlayacağıq. Builki məqsədimiz ikinci dövrədə nəticələri düzəltmək, növbəti çempionata yaxşı hazırlaşmaqdı. Hələ bilmirik ki, yaydan etibarən «Zaqatala»ya nə qədər büdcə ayrılacaq. Büdcəni bilən kimi baş məşqçinin qarşısına konkret hədəflər qoyacağıq».

Tarix: 6 Yanvar 17:09    Oxunub: 485    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.