"Sənin özün nə adamsan ki, qırmızı vərəqə verirsən?" - OLAY!

Futzal üzrə ölkə çempionatının Birinci Liqasında XII turun oyunlarına start verilib. 

 

Sportinfo.az xəbər verir ki, Olimpik Starda baş tutan turun ilk matçında “Hell Energy” ADBTİA ilə üz-üzə gəlib.

 

Saat 19:00-da başlayan görüşdə birincilər 0-2 hesabı ilə geridə olsalar da, sonda 5-4 qalib gəliblər. Hesab 4-4 olarkən qarşılaşmanın hakimi Elçin Səmədli ADBTİA-nın ehtiyat oyunçular skamyasında əyləşərək, epizodların birində ədalət təmsilçisinə etirazını bildirən Əbdül Əliyevə qırmızı vərəqə göstərib.

 

Matçın bitimində Səmədlinin qərarı ilə razılaşmayan İdman Akademiyası klubunun rəsmilərindən biri Əliyevə verilən qırmızı vərəqənin əsassız olduğunu bildirərək, onu təhqir etməkdən belə çəkinməyib.

 

FİFA referisinin ünvanına-"sənin özün nə adamsan ki, oyunçuya qırmızı vərəqə verirsən? - deyən, komandanın nümayəndəsi bununla sakitləşməyərək, etirazını oyunun protokolunda qeyd edib (sportfm.az). 

Tarix: 6 Yanvar 11:15    Oxunub: 325    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.