Minlərlə azarkeş stadionda "Təbriz-Bakı-Ankara" şüarı hayqırdı - VİDEOLAR

Təbrizdə keçirilən futbol matçında azarkeşlər kütləvi şəkildə siyasi şüarlar qışqırıblar.

 

Sportinfo.az xəbər verir ki, olay "Traktorsazı" ilə "İstiqlol" arasında keçirilən çempionat oyunu zamanı baş verib. 

 

Təbriz stadionunu doldurmuş minlərlə azarkeş bir ağızdan "Azərbaycan" deyə şüarlar səsləndirib, daha sonra "Təbriz-Bakl-Ankara, farslar hara, biz hara" şüarı hayqırıblar.

 

Baş verə biləcək iğtişaşların qarşısını almaq üçün stadiona hüquq-mühafizə orqanlarının xeyli əməkdaşı cəlb edilib. 

 

Onu da qeyd edək ki,dekabrın 28-də Tehranda keçirilən "Persipolis" - "Traktorsazı" matçında tehranlı azarkeşlər cənubi azərbaycanlıların ünvanına təhqiramiz şüarlar qışqırıblar. Təbrizlilər isə bu təhqirə bu gün bu cür cavab veriblər.

 

Təbrizli futbol azarkeşləri illərdir stadionda bu şüarları səsləndirirlər. Hətta hazırda kütləvi aksiyalar keçirilən Məşhəd, Qum, Tehran kimi şəhərlərdə tam sakitlik olanda Təbriz stadionunda həmişə bu cür şüarlar səslənir, transparantlar qaldırılırdı.

 

 

 

 

Tarix: 6 Yanvar 09:31    Oxunub: 347    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyun 2018
20 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.