Federasiya rəhbəri bıçaqlanan Ceyhun haqda: “Onu xaric etmişik”

Ağcabədi rayonunda idmançı Ceyhun Niyazovun ona məxsus çay evində bıçaqlanması barədə məlumat vermişdik.

 

Sportinfo.az xəbər verir ki, bıçaqlanan idmançı ilə bağlı KEMPO federasiyasının rəhbəri, tanınmış idmançı Rauf İbrahimov onların belə bir əməkdaşının olmadığını açıqlayıb:

 

“Ceyhun Niyazovun bizim federasiya ilə heç bir əlaqəsi yoxdur. O, KEMPO idman növündə heç bir nəticə qazanmayıb. Bir müddət bizim federasiyada məşq edib.

 

Amma o, federasiyaya qarşı məsuliyyətsiz yanaşdığına görə Ağcabədi rayon idman idarəsinə müraciət etmişdim. Buna görə onu federasiyadan xaric etmişik. Ceyhun Niyazov yalnız Evroasiya çempionu olub.

 

O, əvvəllər mənə müraciət etdi ki, KEMPO idman növü üzrə rayonda filial açmağa ona kömək edim. Mən də kömək etmişdim. Dediyim kimi, məsuliyyətsizliyinə görə uzun müddət öncə federasiya ilə əməkdaşlıqdan uzaqlaşdırılıb”.

Tarix: 6 Yanvar 08:39    Oxunub: 315    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.