"Qəbələ"ni narazı salan VİDEO-OLAY: "Kimisə təhqir etməmişəm, ortada üzr istəməli bir şey yoxdu”

"Qarabağ"ın hücumçusu Mahir Mədətov "Qəbələ"nin onunla bağlı bəyanatına münasibət bildirib.

 

Sportinfo.az xəbər verir ki, Mahir həmin əhvalatı “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukdan icazə alındıqdan sonra danışdığını deyib:

 

“Orada kimisə parodiya etməyimi istədilər. Ağlıma Roman Qriqorçuk gəldi. Lakin dedim ki, onun kimi məşqçini parodiya etməyim yanlış anlaşıla, ayıb sayıla bilər.

 

Həmin anda Roman Qriqorçuk kameranın arxasına gəldi. Verilişin aparıcılarına dedim ki, ondan icazə alın danışım. İcazə aldılar və o da normal qarşıladı. Hətta parodiyaya bir xeyli güldü.

 

Onunla münasibətlərim də çox yaxşıdı. Hər kəslə əl verib görüşdüyü zaman mənimlə qucaqlaşıb salamlaşır. Dostlarımla da oturanda Qriqorçukun necə böyük məşqçi olduğundan danışırıq. Ona böyük hörmətim var.

 

Taktikası, futbolu doğrudan da təqdirəlayiqdir. Videoya gəlincə, orda kimisə təhqir etməmişəm. Sadəcə icazəli olub. Üzr  istəməyimi gözlədiklərini yazıblar. Üzr istəmək böyüklükdür və mən burda problem görmürəm. Sadəcə maraqlıdır ki, ortada üzr istəməli bir şey yoxdur”.

 

Tarix: 5 Yanvar 15:00    Oxunub: 200    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.