Musa Qurbanov "Zaqatala" ilə bağlı qərarını verdi% "Mənə dedilər ki..."

«Getməyimi miəsləhət bilmədilər. Bir neçə dəfə dedim, son cavab bu oldu ki, qalmağınız yaxşıdı» - bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.


Təxminən 1 ay öncə vəzifəsindən getmək istəyən, bu məqsədlə AFFA rəhbərliyi ilə görüşən təcrübəli futbol adamı hazırkı iş yerində qalacaq.

 

SOCAR-ın ayırdığı maliyyə hesabına yaşayan I Divizion klubu cari mövsümü hazırkı prezidentinin rəhbərliyi altında başa vuracaq.


Qurbanov: «Mənə dedilər, çox fikirləşdik, çox götür-qoy etdik, belə qərara gəldik ki, «Zaqatala»nı idarə etməyə ən uyğun namizəd sizsiz. Gördüm ki, AFFA-nın son sözü budu, qaldım.

 

Yayadək burdayam. Sonra nə olacaq, necə olacaq, həmin vaxt yaşayıb görərik. AFFA «Zaqatala»nın normal fəaliyyət göstərməsi üçün köməklik göstərəcəyini bildirib.

 

Çətinliklərin nədən ibarət olmasını bilirsiz, mən bunu ötən dəfə saytınıza açıqlamışam. Onlar da bunlardan xəbərdardı.

 

Açığı, Zaqatala futbolsevərləri, yaşlı azarkeşlər, veteranlar da son hadisələrdən narahat idi. Gündəlik olaraq mənimlə əlaqə saxlayır, soruşurdular ki, ümumiyyətlə, bundan sonra rayonumuzda futbol olacaqnmı?

 

Bu insanlar da getməyimi istəmədi. Fikirləşdim ki, vəziyyət onsuz da belədi, komandanı yarıyolda qoyub getməyim».

Tarix: 5 Yanvar 14:48    Oxunub: 546    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.