"Kəpəz"dən ayrılan Aydın birinci divizion klubunda - FOTO

Birinci divizion təmsilçisi "Xəzər" qış fasiləsində növbəti transferini reallaşdırıb.

 

Sportinfo.az xəbər verir ki, mövsümün birinci yarısını Premyer Liqa təmsilçisi "Kəpəz"də keçirmiş 24 yaşlı yarımmüdafiəçi Aydın Qasımovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Bu barədə məlumatı klubun "facebook" səhifəsi yayıb. Aydın Qasımov daha əvvəl AZAL-ın, “Qaradağ Lökbatan” və MOİK klublarının da şərəfini qoruyub.

Tarix: 5 Yanvar 13:48    Oxunub: 159    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.