"Bəzən işlər qaydasında getmədi, ruhdan düşmədik, çox çalışdıq"

Futzal üzrə Yüksək Liqada çıxış edən EKOL-un oynayan baş məşqçisi Radik Əhmədov Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

 

Sportinfo.az həmin müsahibəni təqdim edir.

 

Başa çatan 2 dövrə ilə bağlı ümumi təəssüratlarınızı bilmək istərdik.
- Həqiqətən də qış fasiləsinə qədər maraqlı yol qət etdik. Oyunların gərgin keçməsi, praqnozlaşdırılmayan nəticələrin qeydə alınması bu marağın bir hissəsidi. Qələbələr də qazandıq, məğlubiyyətlərlə də barışmalı olduq, amma çalışdıq ki, hər bir səhvimizdən nəticə çıxaraq. Bəzən işlər qaydasında getmədi, ruhdan düşmədik, çox çalışdıq və sonda qələbələri sıraladıq. Fasiləyə qədər turnir cədvəlində yalnız bir komandanın mövqeyi dəyişmədi. Qalan komandaların yüksələn və eniş edən turları oldu. Hələ çempionatın yarısı arxada qalıb, deməli, fasilədən sonra nəticələrdə, turnir cədvəlindəki mövqelərdə dəyişiklik ola bilər. İndi heç bir qələbə asan qazanılmır, gərək sona qədər mübarizə aparasan. Məqsədinə nail olmaq üçün çox əziyyətə qatlaşmalısan. Turnir cədvəlinin üst sıralarında yer alan komandalar həqiqətən də fasiləyə qədər yetərincə mübarizə apardılar. Bu gedişat onu göstərir ki, qış fasiləsindən sonra oyunlar daha gərgin, həm də maraqlı keçəcək. 

 

Komandadan kimlər göndəriləcək və hansı oyunçular heyətə cəlb ediləcəklər?
- Oyunlar yeni başa çatıb. İndi istirahət edirik. Açığı, hazırkı heyətimizin üzvlərindən narazılığım yoxdu. Əksinə, ümid edirəm ki, mövsümün qalan hissəsini də bir komandada keçirəcəyik və daha yaxşı nəticə əldə edəcəyik. Heyətə yeni oyunçular dəvət etməyi düşünürük. Ancaq kimlərlə güclənəcəyik, bunu məşqləri bərpa etdikdən sonra dəqiqləşdirəcəyik.

 

Fasilə müddətində hazırlıq planları müəyyənləşibmi?
- Qış fasiləsinə qalibiyyətlə və üçüncü pillədə yollandıq. Təbii ki, bu nəticəmizi bir qədər də yaxşılaşdırmaq istəyirik. Məşqlərimizi yanvarın 10-da bərpa edəcəyik. Əvvəlcə “Gənclik” İdman-Sağlamlıq Mərkəzində məşq keçəcəyik. Təlim-məşq toplanışının digər hissəsini harada davam etdirəcəyimizi hələ qətiləşdirməmişik.

 

Arxada qalan 2 dövrənin birinci və ikinci “5-liy”nə kimləri daxil edərdiniz?
- Birinci seçimim belədi: Emin Kürdov (EKOL), Teles Taqo (“Araz”), Fərid Atakişiyev (EKOL), Namiq Məmmədkərimov (EKOL), Xətai Bağırov (“Araz”). İkinci “5-lik”də isə bu oyunçulara şans verərdim: Rövşən Hüseynli (“Araz”), Samir Həmzəyev (EKOL), Eduardo Borges (“Araz”), Seymur Məmmədov (“Marafon Futsal”), Ramiz Çovdarov (“Araz”).

Tarix: 5 Yanvar 10:48    Oxunub: 136    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.