Azərbaycan klubunu Malta çempionuna dəyişdi - FOTO

Qış fasiləsində “Araz”dan ayrılan Maykon da Silvanın da karyerasını davam etdirəcəyi komanda dəqiqləşib.

 

Sportinfo.az AFF-nın "Facebook" səhifəsinə istinadən xəbər verir ki, braziliyalı hücumçu Malta çempionu “Lüksol St Andreus” klubu ilə anlaşıb.
 
Onun bu komandaya yollanması təsadüfi deyil. Belə ki, ötən ilin oktyabrında keçirilən UEFA Kubokunun qrup mərhələsi çərçivəsində “Araz”la “Lüksol St Andreus” üz-üzə gəlib.

 

Təmsilçimizin 6:4 hesabı ilə qalib gəldiyi oyunda Maykon 4 qol vurub. Həmin turnirdə braziliyalının daha 2 qol vurması Malta təmsilçisinin məşqçilərinin diqqətindən yayınmayıb. 
 
Yayda “Araz”ın heyətinə cəlb edilən Maykon da Silva Yüksək Liqada 12 oyun keçirib və rəqib qapılarına 9 top vurub. O, UEFA Kubokunun 2 oyununda “Araz”a kömək edib və rəqib torunu 6 dəfə silkələyib.

Tarix: 4 Yanvar 17:24    Oxunub: 418    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.