Azərbaycanda narkoman 8 qat çempionu bıçaqladı - FOTOLAR

Azərbaycanda tanınmış idmançı bıçaqlanıb.

 

Sportinfo.az xəbər verir ki, hadisə Ağcabədi rayonunda baş verib.

 

Bıçaqlanan şəxs isə KEMPO idman növü üzrə 8 qat Azərbaycan çempionu və bir sıra beynəlxalq yarışların qalibi Ceyhun Niyazovdu.

 

Hadisə Ceyhun Niyazova məxsus "CFC" çay evində baş verib. Gecə saatlarında çay evinin qarşısından keçən zaman kənar şəxsin içəridə olduğunu görən idmançı mübahisə zamanı bir neçə bıçaq zərbəsi alıb.

 

Yerli sakinlərin verdiyi məlumata görə, idmançını bıçaqlayan şəxs Cəlil Əsədovdu. Onun narkomaniyadan əziyyət çəkdiyi qeyd olunur.

 

Ceyhun Niyazov KEMPO idman klubunun Ağcabədi filialının rəhbəri və baş məşqçisidi.

 

Tarix: 4 Yanvar 14:48    Oxunub: 402    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.