Azərbaycan millisinin 2 üzvü Hindistan klubları ilə müqavilə bağladı

Azərbaycanın 2 sərbəst güləşçisi yanvarın 9-da start götürəcək Hindistan Liqasında mübarizə aparacaq.

 

Sportinfo.az xəbər verir ki, bunlar 3 qat dünya çempionu Hacı Əliyevlə dünya çempionatının mükafatçısı Aslanbek Alborovdu.

 

65 kq çəki dərəcəsində yer alan Əliyev 36 min dollarlıq müqaviləyə imza atıb. 92 kq çəkidəki Alborovun anlaşmasının dəyəri isə 28 min dollardır. Onlar ayrı-ayrı klubların heyətində çıxış edəcəklər.

 

Qaydalara əsasən, hər bir klubun heyətində 5 kişi və 4 qadın güləşçi çıxış etməlidi.  Pro Wrestling League adlanan yarış 3 ildir keçirilir. 

Tarix: 4 Yanvar 11:36    Oxunub: 305    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.