Dünya çempionu marixuana yetişdirmək üçün sahə aldı

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson ABŞ-da marixuana yetişdirmək üçün sahə alıb.

 

Sportinfo.az xəbər verir ki, 16 hektardan çox ərazi Kaliforniya ştatında yerləşir.

 

Burada yanvarın 1-dən marixuananın müalicə məqsədilə istifadə üçün satışına icazə verilib. 2016-cı ilin noyabrından ştatın 21 yaşdan yuxarı sakinləri marixuana çəkməyə, şəxsi istifadə üçün yetişdirməyə, habelə, az miqdarda narkotik maddə saxlamağa icazə alıblar.

 

Sahənin yarısını marixuana plantasiyası tutacaq. Habelə Tayson onun yenidən işlənilməsi, yeni sortlarının üzə çıxarılması məqsədilə zavod açmaq niyyətindədi.

 

Taysonun şirkəti marixuananın tibbi sahədə istifadəsinin araşdırılması ilə də məşğul olacaq. Tayson mütləq çəkidə dünyanın ən güclü boksçularından olub.

 

O, hələ də yenilənməsi mümkün olmayan çoxsaylı rekordlar müəyyənləşdirib. Tayson ən gənc dünya çempionu (20 yaş 144 gün) və ən gənc mütləq dünya çempionu (21 yaş) sayılır. ABŞ boksçusu karyerasını 2005-ci ildə başa vurub.

Tarix: 4 Yanvar 00:00    Oxunub: 217    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.