Bakıda erməni futbolçu ilə özünü reklam edən məkan - FOTO+VİDEO

Bu yaxınlarda Bakının mərkəzində "26" adlı kafe bağlandı və əmlakı şəhər icra hakimiyyəti tərəfindən müsadirə olundu.

 

Sportinfo.az xəbər verir ki, məlum hadisə ilə bağlı söz-söhbət yeni-yeni səngiməyə başlayır. İndi haqqında bəhs edəcəyimiz məkan şəhərin mərkəzində yerləşməsə də, onların özlərini bu formada reklam etməsi yolverilməzdir.

 

Sportfm.az saytı Bakının "Şamaxinka" deyilən ərazisində erməni futbolçu Henrix Mxitaryanın şəklini reklam edən oyun zalı aşkar edib.

 

Ən acınacaqlısı isə odur ki, "Mançester" adlanan yer 20 yanvar küçəsində yerləşir. Asif Məhərrəmov küçəsi ilə kəsişmədə, işıqforun yanında fəaliyyət göstərən oyun zalının reklamında "Mançester Yunayted"in erməni futbolçusu Henrix Mxitaryanın şəkli asılıb.

 

Hətta şəkildə ingilis klubunun digər oyunçusunun sifəti bilərəkdən silinib. Hər halda "Mançester Yunayted"in başqa oyunçuları da var. Məkanı işlədən şəxslərin niyə məhz Mxitaryanın şəklini ora asdıqları çox maraqlıdır.

 

Yerevanda hansısa azərbaycanlı və ya türkiyəli futbolçunun şəklinin asıldığı yeri təsəvvürümüzə belə gətirə bilmərik. Bəs, necə olur ki, Xocalıda dinc əhaliyə divan tutan, 20 mindən çox azərbaycanlını qətlə yetirən, 25 ildən çoxdur Qarabağı işğal edən ermənilərin futbolçusuna belə simpatiya göstəririk? 

 

Henrix Mxitaryan təkcə 2017-ci ildə mənfur düşmənlərimiz tərəfindən işğal olunmuş torpaqlarımıza Suriyadan erməni əsilli köçkün ailələrin yerləşdirilməsi üçün 1 mlyon avrodan çox vəsait ayırıb.

 

2015-ci ilə Ermənistanda yaradılan "Artsax" Yardım Fondunun təsisçilərindən biri də məhz bu futbolçudur. O daim Ermənistan ordusuna da maddi dəstək verir. Biz isə...

 

Tarix: 3 Yanvar 15:48    Oxunub: 557    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.