"Uğursuzluğumuz yalnız “Qarabağ”la keçirdiyimiz iki oyunla bağlı deyil" - "Atletiko"nun ulduzu

“İnsanlar “Qarabağ”la hər iki oyunda heç-heçə etdiyimiz üçün uğursuzluğa düçar olduğumuzu düşünür. Lakin biz ümumilikdə qrup mərhələsində zəif çıxış etdik”.

 

Sportinfo.az xəbər verir ki, bunu "AS" nəşrinə müsahibəsində İspaniyanın “Atletiko” komandasının futbolçusu Saul Nyiqes deyib.

 

23 yaşlı yarımmüdafiəçi bildirib ki, Çempionlar Liqasında (ÇL) mübarizəni dayandırmalarını yalnız “Qarabağ”la matçlarda xal itirmələri ilə əlaqələndirmək düzgün deyil.

 

Onun sözlərinə görə, qrup mərhələsinin son oyunlarda yaxşı çıxış etsələr də, bu, 1/8 finala vəsiqə qazanmaq üçün yetərli olmayıb: “Roma” və “Çelsi”yə qarşı yaxşı oynasaq da, növbəti mərhələyə adlaya bilmədik.

 

Uğursuzluğumuz yalnız “Qarabağ”a qarşı keçirdiyimiz iki görüşlə bağlı deyil. Qrup mərhələsində yaxşı təsir bağışlamadıq və bunu qəbul etməliyik”.

 

ÇL-də C qrupunu 7 xalla 3-cü pillədə başa vuran və mübarizəni Avropa Liqasında davam etdirməli olan "Atletiko" "Qarabağ"la Bakıdakı görüşdən 0:0,

 

Madriddəki qarşılaşmadan isə 1:1 hesablı heç-heçə ilə ayrılıb. "Roma" 11 xalla 1-ci, eyni xala malik "Çelsi" 2-ci yeri tutaraq 1/8 finala yüksəlib.

Tarix: 2 Yanvar 12:13    Oxunub: 234    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.