"Çempionlar Liqasının finalını Azərbaycandan aldılar"

Məşhur Ukrayna futbolçusu Leonid Buryak  2017/18 –ci il Çempionlar Liqası finalının keçirilməsi hüququnun Kiyevdən alınması ilə bağlı suala cavab verərkən nədənsə Azərbaycanı xatırladıb.

 

Sportinfo.az RİA Novosti-yə istinadən bildirir ki, L. Buryak deyib: "Mən çox səfərlər edirəm və daim də eşidirəm ki, Çempionlar Liqasının finalını qəbul etmək hüququnu Kiyevdən ala bilərlər.

 

Yeri gəlmişkən, Azərbaycanla belə olmuşdu və onu belə bir imkandan məhrum etdilər. Əlbəttə, bütün bunlar qorxudur, azarkeşlərin davranışı – bu, özbaşınalıqdır. Qanun keşikçiləri stadionlarda olmalı və reaksiya verməlidirlər.

 

Bu gün tribunalarda nələrin olduğu haqda düşünmək sadəcə, qorxuludur, uşaqları stadiona buraxmaq qorxuludur. Matçlara tamaşaçıların az gəlməsinin əsas səbəblərindən biri də budu”.

 

Sovet və Ukrayna futbolunun 64 yaşlı veteranı nələrisə qarışdırır. Azərbaycan heç vaxt futbol üzrə Çempionlar Liqası finalının keçirilməsi hüququnu almayıb və deməli, bizim ölkəmizi bu imkandan məhrum da edilməyib. Buryakın Bakını hansı şəhərlə qarışdırdığını demək çətindir, amma səhv göz qabağındadır.

 

Məlum olduğu kimi, Bakı Olimpiya Stadionu Çempionlar Liqası 2019-un finalının keçirilməsinə iddia edirdi. Amma nəticədə bu şans Madridə,  2018/19 mövsümünün Avropa Liqasının finalını keçirmək isə Bakıya qismət oldu.

Tarix: 1 Yanvar 09:13    Oxunub: 518    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.