İtaliya mediası "Qarabağ"ı A-dan Z-yə qədər incələdi

"Qarabağ"ı n Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə elədiyi heç-heçələr sayəsində "Roma"nın qrupdan çıxması İtaliya mətbuatında qeyd olunub.
 
Sportinfo.az
xəbər verir ki, "Sport.virgilio.it" saytı 2017-ci ilin yekunlarına dair yazıda əsas idman hadisələri sırasında buna da toxunub.

 

Məqalədə Ağdam klubunun "Atletiko"dan hər iki oyunda xal alması sayəsində "Roma"nın 1/8 finala çıxması vurğulanıb.


ÇL-də "Roma"ya evdə 1:2, səfərdə isə 0:1 hesabı ilə uduzan təmsilçimiz "Atletiko" ilə hər iki oyunda (0:0, 1:1) heç-heçə etmişdi.


A-dan Z-yə qədər sıralanan ilin önəmli məqamları arasında “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı xüsusi yer alıb:

 

“Azərbaycan çempionunun “Atletiko”nu hər iki oyunda büdrətməsi “canavarlar”ın yolunu açdı. “Roma” da “Qarabağ”dan 6 xal alaraq, qrup səddini aşdı və xəyallarını davam etdirdi”.


Ümumiyyətlə, 21 maddədə verilən ilin önəmli hadisələrindən yalnız 6-sı futbolla əlaqəlidi.

 

Bunlar arasında İtaliya millisinin dünya çempionatından kənarda qalması, İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkionun istefası və VAR sisteminin ölkədə tətbiqi də yer alıb.

 

Tarix: 31 Dekabr 14:43    Oxunub: 537    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 Aprel 2018
22 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.