"Xəzər Lənkəran"ı batıran Mənsimovun gəmisi batanları xilas etdi

Aralıq dənizində azərbaycanlı milyarder, “Xəzər Lənkəran“ın sahibi Mübariz Mənsimova məxsus gəmi 5 Tunis vətəndaşını boğulmaqdan xilas edib.
Sportinfo.az xəbər verir ki, “Şirvan” gəmisi Aralıq dənizində olarkən xəbərdaredici siqnal alıb.
Dərhal hadisə yerinə gedən gəmi qayıqda boğulma təhlükəsi ilə üzləşən tunisliləri xilas edib.
Gəmi kapitanı daha sonra Siciliya Sahil Təhlükəsizliyi Xidməti ilə əlaqə saxlayaraq, olayla bağlı məlumat verib və təlimata uyğun olaraq, xilas edilənləri İtaliya limanına çatdırıb.
“Şirvan” gəmisi azərbaycanlı milyarder Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali” şirkətlər qrupuna məxsusdu.

 

Tarix: 30 Dekabr 21:59    Oxunub: 319    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.