Millinin və “Qəbələ”nin lideri "Grand Slam”da üçüncü oldu

Azərbaycan milli komandasının və “Qəbələ” İdman klubunun taekvondoçusu Milad Beiqi Harçeqani növbəti mükafatını qazanıb.

 

Sportinfo.az xəbər verir ki, İdmançımız bu gün Çinin Usi şəhərində start götürən "Grand Slam” seriyasında fərqlənib. 80 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu, Rio-2016-nın bürünc, IV İslam Həmrəyliyi Oyunlarının qızıl mükafatçısı yarışa 1/4 finaldan başlayıb.

 

Harçeqani ilk döyüşdə norveçli Riçard Andre Ordemanna 29:22 hesabı ilə qalib gəlib. Ardınca rusiyalı Maksim Xramtsova 6:19 hesabı ilə uduzan taekvondoçumuz 3-cü yer uğrunda qarşılaşmada rusiyalı Anton Kotkovla görüşüb. 17:7 hesabı ilə qələbə qazanan təmsilçimiz yarışı bürünc medalla başa vurub.

Tarix: 30 Dekabr 17:24    Oxunub: 192    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2018
22 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.