"Qəbələ"dən daha iki medal!

Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, üç gün davam edən yarışın son günündə kişilər arasında 100 kq və +100 kq çəki dərəcələrində ölkə mükafatçılarının adlarına aydınlıq gətirib.

 

“Qəbələ” İdman Klubunun cüdoçuları günü iki medalla başa vurublar. +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri yalnız finalda uduzaraq gümüş medala yiyələnib.

 

Eyni kateqoriyada mübarizə aparan Ayxan Cəfərov bürünc medal qazanıb. Beləliklə, “Qəbələ” çempionatı 5 mükafatla başa vurub.

 

Yarışın ilk günündə Vüqar Şirinli qızıl, Mehman Sadıxov gümüş (hər ikisi 60 kq), ertəsi gün Rüfət İsmayılov (90 kq) bürünc medal qazanıb.

Tarix: 30 Dekabr 10:49    Oxunub: 155    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.