İran və İraqdan Azərbaycan millisinə gələnlər olacaq

Azərbaycan Cüdo Federasiyasında yeni əməkdaşlıq sazişi imzalanıb.

 

Sportinfo.az xəbər verir ki, sazişi ölkəmizdə səfərdə olan İran İslam Respublikası Cüdo Federasiyasının prezidenti Məhəmməd Deraxşanmübarək, İraq Cüdo Federasiyasının prezidenti Samir Əl-Musəvi və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov imzalayıblar.

 

Əməkdaşlıq sazişinə əsasən, bu üç ölkənin cüdo federasiyaları dostluq münasibətlərini və qarşılıqlı əməkdaşlığı inkişaf etdirərək, bütün yaş qrupları üzrə milli yığma komandaların birgə təlim-məşq toplanışlarını, turnirlər, yoldaşlıq görüşlərinin təşkili və keçirilməsini reallaşdıracaq.

 

Tərəflərin üzvü olan idman təşkilatlarının, elecə də idman məktəblərinin əməkdaşlığına şərait yaradılacaq. Məşqçilər və hakimlər üçün birgə seminarlar təşkil ediləcək. Müxtəlif təcrübə mübadiləsi layihələrinin hazırlanması və həyata keçirilməsi də nəzərdə tutulur.

 

Həmçinin müxtəlif yarışlarda təmsil olunmaq üçün zəruriyyət yaranmış çəki dərəcələrində idmançı transferlərinin həyata keçirilməsi də gələcək planlar daxilindədi. Görüşdə Sadıq Sadıqov qonaqlara xatirə hədiyyələrini təqdim edib.

Tarix: 30 Dekabr 08:39    Oxunub: 342    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.