Fariz Məmmədovun "Qəbələ"li kimi “Böyük Qayıdış”ı haqda FİLM

“Qəbələ TV” Azərbaycanın və “Qəbələ”nin peşəkar boks üzrə ilk dünya çempionu Fariz Məmmədovun karyerası və həyatından bəhs edən filmi tamaşaçılara təqdim edib.

 

Sportinfo.az xəbər verir ki, rejissor Nicat Cəlilovun “Böyük qayıdış” adlanan və həcmi 30 dəqiqə olan film “Qəbələ” İdman Klubunun və Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərsəyə gəlib.

 

Lent yazısında Məmmədovun müharibə dövrünə düşən və 12 yaşında səngərdə qaldığı uşaqlıq illəri, idmana gəlişi, keçirdiyi ağır illərdən sonra boksa böyük qayıdış edərək rinqə dönməsi əks olunub.

 

Filmdə boksçunun 2012-ci ildə erməni rəqibinə qalib gəlməsi və digər yaddaqalan qələbələri də təsvir edilib.

 

Tarix: 30 Dekabr 00:30    Oxunub: 207    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.