"Qarabağ"ın Azərbaycana bəxş etdiyi ümid

“Püşk bizi çox çətin rəqiblə üz-üzə qoydu. “Atletiko” Avropanın ən güclü komandalarından biridi” - bunu “Kopenhagen”in baş məşqçisi Stol Solbakken deyib.

 

Avropa Liqasının 1/16 final mərhələsində “Atletiko”ya rəqib olan Danimarka klubunun çalışdırıcısı rəqibdən çəkindiklərini etiraf edib.

 

Ancaq Solbakken Çempionlar Liqasının pley-off mərhələsində onları üstələyən “Qarabağ”ın qrupda “Atletiko” ilə heç-heçə etməsini xatırladıb və bu amilin stimul verdiyini söyləyib:

 

“Bizi Çempionlar Liqasından uzaqlaşdıran “Qarabağ” qrupda “Atletiko”ya qarşı başabaş mübarizə apardı.

 

Azərbaycan çempionu Dieqo Simeonenin komandası ilə hər iki görüşdə heç-heçə etdi. Burdan belə qənaətə gəlmək olar ki, futbolda mümkünsüz heç nə yoxdu. Ancaq çox çətin olacaq”.

 

Bu, Solbakkenin əldə olunan imkanlarla göstərdiyi oyuna verdiyi qiymətin əsas səbəbidi, «Qarabağ»ın Azərbaycana bəxş etdiyi ümiddi. Çünki «Qarabağ» rəqiblərinə daha fərqli uduzub, bədbin notlara olmasa da, biganələyin davam etməsinə yol aça da bilərdi.

 

Strateji hədəflərə verdiyimiz qiymət isə komandanın buna qədər keçdiyi yolda buraxdığı səhvlərin və buna qədər Avropa Liqasında topladığı təcrübəyə uyğun heyətini gücləndirməməsi, onu potensial inkişafdan məhrum etməsi və bir vaxtlar oyunçu yetişdirmək kimi tutduğu yoldan çıxmasıdı.

 

Əgər bütün klublarımızın Avropa arenasında çıxışına da ümumi qiymət nəzərindən baxsaq, bu məqam yerinə düşür:

 

«Qəbələ»nin - digər nisbi uğurlara çatmış komandamızın büdrəməsini məhz bu səbəblə əlaqələndirmək olar. Bu komanda da ildən-ilə tələbləri artırıb güclənmədi.

 

Yerində saydı və durğunluğa necə düşübsə, indi sanki düşdüyü bataqlıq içində çıxış yolu axtarır və hazırkı səviyyəsi ilə gələn il də Avropa Liqasında çıxış etməyi özünə kafi hesab edir.

 

Təəssüf k, səviyyə üçün hədəf Azərbaycan çempionatının geri qalan komandaları seçilib. Amma nə yaxşı ki, «Qarabağ»ın belə bir imkanı qalmayıb, az, ya çox inkişaf etməyə məcburdu.

 

KAMİL

 

Tarix: 29 Dekabr 17:24    Oxunub: 258    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.