Əliyev cavab verdi: "Gücü qalmamışdısa, döşəyə çıxmazdı"

Yaxınlarda sərbəst güləş üzrə rusiyalı idmançı Hacımurad Rəşidov ölkəsinin mətbuatına verdiyi müsahibə ilə diqqətləri öz üzərinə çəkmişdi.

 

Sportinfo.az xəbər verir kiDağıstandan olan idmançı müsahibəsində karyerasında güləşdiyi ən çətin rəqiblərin adlarını açıqlasa da, bu ilin avqustunda Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatının finalında uduzduğu Hacı Əliyevin adını çəkməyib.

 

Halbuki 3 qat dünya çempionu olmuş Hacı Əliyev onu çox asanlıqla məğlub edib. 61 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 7:1 öndə olduğu görüşdə tuşe fəndi (rəqibin kürəyini döşəyə sıxma) ilə qalib gəlib.

 

Məsələyə bu il “2017-ci ilin idmançısı” seçilmiş Hacının özündən münasibət öyrənməyə çalışdıq. O, Hacımurad Rəşidovun cavabını belə verdi:

 

“Həmin müsahibədən xəbərim var, oxumuşam. O deyir ki, finalda güləşməyə gücüm qalmamışdı deyə, mənə uduzub.

 

Gücü qalmamışdısa, döşəyə çıxmazdı. Ümumiyyətlə, o, mənim finallarda qarşılaşdığım ən zəif rəqiblərdən biri idi. Heç inanmıram ki, növbəti dünya çempionatında o, finala çıxsın”.

Tarix: 29 Dekabr 15:36    Oxunub: 256    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.