Elşad Əhmədovu əvəzedici komandanın sükanı arxasından uzaqlaşdıran «Neftçi» rəhbərliyi planlarında dəyişiklik edib.
Sportinfo.az-ın məlumatına görə, Kamal Quliyev bu postda cəmi 5 gün qalıb. AFFA-dan A kateqoriyalı lisenziya ala bilməyən məşqçinin görəvinə son verilib.
Yayda klubun futbol akademiyasına baş seleksiyaçı təyin olunan Quliyev köhnə-yeni işinin başına dönüb.
«Dubl»u çalışdırmağa bir neçə namizəd var və onlardan ən realı yenə də Quliyevdi.
Bu, futzal üzrə Yüksək Liqada iştirak edən “Marafon Futsal”ın baş məşqçisi Elşad Quliyevdi.