"Sumqayıt"ın ən yaxşısı, ən məhsuldarı, ən… - VİDEO

Əvəzedicilərin çempionatında 2017/2018 mövsümündə ikinci dövrə başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, “Sumqayıt”ın əvəzedici komandasının baş məşqçisi Elbrus Məmmədov ilk iki dövrədə 31 futbolçunun xidmətindən yararlanıb.

 

Əvəzedici heyətdə ən çox forma şansı qazanan futbolçu isə Tural Bayramlıdır. 1998-ci il təvəllüdlü futbolçu 14 qarşılaşmada 1192 dəqiqə meydanda olub.

 

13 görüşdə çıxış edən Murad Məmmədxanov 1168, Süleyman Piriyev 1139, Fərid Kərimzadə 1017, Elvin Dəmirov isə 793 dəqiqə mübarizə aparıb.

 

Elbrus Məmmədovun ən az şans verdiyi futbolçular isə - Nemət Məmmədrəhimov (1 oyun, 7 dəq) və Cavid Nəcizadədir (1 oyun, 1 dəqiqə).

 

“Sumqayıt”ın əvəzedici komandası ilk iki dövrədə 14 dəfə rəqib qapılarına yol tapıb. Komandanın ən məhsuldar futbolçuları hərəyə 2 qolla Tural Bayramlı, Fərid Kərimzadə və Müşfiq Rzayevdi.

 

Tarix: 29 Dekabr 09:36    Oxunub: 100    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.