Sadıq Sadıqov Azərbaycan çempionatına yekun vurdu

Bakı İdman Sarayında kişilər, qadınar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. 

 

Sportinfo.az xəbər verir ki, üç gün davam edən Respublika çempionatında bütün qaliblər müəyyənləşib.

 

Yarışın sonuncu günündə kişilər arasında 100 kq və 100 kq-dan yuxarı çəki dərəcələrində ölkə çempionlarının adlarına aydınlıq gəlib.

 

Adil Kərimli və Şahin Qəhrəmanov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Usta cüdoçuların mübarizəsində bütün yaş qrupları və çəki dərəcələrində qaliblər bilinib.

 

Komanda yarışlarında isə “Neftçi” birinci, "Atilla" ikinci, Uşaq Gənclər İdman Məktəbi isə üçüncü olub. Qaliblərə mükafatı Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov təqdim edib.

 

S.Sadıqov ACF-nin dəvəti ilə respublika çempionatının daha şəffaf keçirilməsində yaxından iştirak etmiş Avropa Cüdo İttifaqının Hakimlər Komitəsinin rəhbər üzvlərini də mükafatlandırıb.

Tarix: 28 Dekabr 20:12    Oxunub: 163    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.