“Neftçi”nin meydançada huşunu itirən legioneri evə buraxıldı

Futzal üzrə Yüksək Liqada dünən 14-cü turun oyunları keçirildi.

 

Sportinfo.az xəbər verir ki, “Neftçi” – “Marafon Futsal” qarşılaşmasının son dəqiqəsində “Neftçi”nin iralı legioneri Sadiq Cavid meydanın mərkəzində anidən huşunu itirərək yıxılıb.

 

Futzalçıya həm “Neftçi”nin, həm “Marafon Futsal”ın, həm də oyunların baş həkimi Esmiralda Ələkbərova tərəfindən ilkin tibbi yardım göstərilib.

 

Daha sonra təcili tibbi yardım maşını ilə iranlı futzalçı 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) aparılıb.

 

Dərhal tibbi müayinədən keçirilən oyuçunun hansısa orqanında çatışmazlıq, problem aşkarlanmayıb.

 

Klubdan verilən məlumata görə, gecəni xəstəxanada keçirən oyunçu evə buraxılıb.

Tarix: 28 Dekabr 09:48    Oxunub: 113    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.