Kilsədə şəkil çəkdirən millimizin üzvü xristianlığı qəbul edib? - 2 FOTO

5 gün əvvəl sosial şəbəkədə azərbaycanlı bəylə gəlinin kilsədə şəkil çəkdirməsi diqqətləri çəkdi.

 

Sportinfo.az xəbər verir ki, voleybol üzrə millimizin oyunçusu Pərviz Səmədov dekabrın 22-də Aydan Rzayeva adlı xanımla ailə həyatı qurdu.

 

Onların katolik kilsəsində çəkdirdiyi şəkil ailə həyatı quranlardan hansınınsa xristian dininə mənsub olmasına dair ehtimalları ortaya çıxardı.

 

Həmin şəkildə yer alanlardan biri də voleybol millimizin meneceri İlqar İmamquliyevdi. O, "prosport"a açıqlamasında bunu belə əsaslandırdı:

 

"Nə bəy, nə də gəlin xristian deyil. Sadəcə sırf şəkil çəkdirmək üçün və gözəl görünür deyə ora getmişdik. Bizdən başqa kimsə yox idi. Yəni, kiminsə ibadətinə mane olmadıq".

 

Tarix: 27 Dekabr 14:00    Oxunub: 665    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2018
26 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.