Azərbaycanda xəstəxanaya düşən iranlı legionerin son vəziyyəti

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIV turun “Neftçi” – “Marafon Futsal” qarşılaşmasında insident baş verib.

 

Sportinfo.az xəbər verir ki, oyunun sonuncu dəqiqəsində “Neftçi”nin iranlı legioneri Sadiq Cavid meydanın mərkəzində anidən huşunu itirərək yıxılıb. 

 

Futzalçıya həm “Neftçi”, həm “Marafon Futsal”, həm də oyunların baş həkimi Esmiralda Ələkbərova tərəfindən ilkin tibbi yardım göstərilib.

 

Daha sonra təcili tibbi yardım maşını ilə iranlı futzalçı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Dərhal tibbi müayinədən keçirilən oyunçunun hansısa orqanında çatışmazlıq, problem aşkarlanmayıb. 

 

Klubdan Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə verilən məlumata görə, gecəni xəstəxanada keçirən oyunçu bu gün evə buraxılacaq.

Tarix: 27 Dekabr 12:36    Oxunub: 338    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.