"Semaşko"ya aparılan "Neftçi"nin oyunçusu komaya düşdü - FOTOLAR

Olimpik Star İdman Kompleksində futzal üzrə Yüksək Liqanın 14-cü turu çərçivəsində "Neftçi"nin "Marafon"a qarşı oyununun sonlarına yaxın dəhşətli hadisə yaşanıb.

 

Sportinfo.az "sportfm"ə istinadən xəbər verir ki, matçın bitiminə 1 dəqiqə qalmış, "Neftçi"nin iranlı legioneri Sadiq Cavid qəfildən yerə yıxılıb.

 

Bunu görən hakim Elçin Məmmədov dərhal görüşü saxlayıb. Özündən gedən gənc futzalçını ayıltmaq üçün meydanda mübarizə aparan hər iki komandanın həkimləri və Futzal Federasiyasının tibbi personalı səfərbər olsa da, bu, mümkün olmayıb.

 

Tezliklə qarşılaşmanın keçirildiyi Olimpik Star İdman Kompleksinə təcili tibbi yardım dəvət olunub. Oyunçunu yerində müayinə edən həkimlər, onun xəstəxanaya aparılmalı olduğunu bildirib.

 

1 saylı Bakı şəhər xəstəxanasına (Semaşko) aparılan Sadiqi hələ də ayıltmaq mümkün olmayıb. Həkimlərin verdiyi məlumata görə, hücumçunu özünə gətirə bilmirlər.

 

Sən demə, ötən tur “Araz”la görüşdə zədə alan futzalçının əvvəllər də belə halla üzləşib. Arxada qalan mövsümdə “Yasamal”ın heyətində çıxış edən Sadiqin, iki-üç dəfə meydanda özündən getdiyi məlum olub.

 

Bu haqda sportfm.az-a “Yasamal” komandasının direktoru Orxan Allahverdiyev danışıb. Kritik vəziyyətdə olan oyunçunu xəstəxananın qarşısında gözləyən komanda yoldaşları da yalnız buraxmır.

 

Tarix: 27 Dekabr 08:24    Oxunub: 431    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.