Azərbaycan Prezidenti İlham Əliyev "Qəbələ"nin idmançılarını təltif etdi

Azərbaycan Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Sportinfo.az-ın məlumatına görə, tədbirdə iştirak edən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev çıxış edib.
 
Sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Təltif edilənlər arasında "Qəbələ” İdman Klubunun üzvü Bəxtiyar Abbasov da olub. O, Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanı ilə təltif edilib.
 
Prezident İlham Əliyev 2016-cı ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib. Görüşdə iştirak edənlər arasında Abbasovla yanaşı, "Qəbələ”nin daha üç üzvü - taekvondoçu Milad Beigi Harçeqani, boksçu Kamran Şahsuvarlı və məşqçi Anar Məmmədov da olub.

Tarix: 24 Dekabr 14:00    Oxunub: 201    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.