"Kəpəz"də yeni təyinat

“Kəpəz”də daha bir təyinat reallaşıb. 

 

Sportinfo.az xəbər verir ki, əvəzedici komandanın məşqçisi Mətləb Məmmədov klubda uşaq futbolunun rəhbəri təyin olunub.

 

Onun vəzifəsi aşağı yaş qrupları üzrə komandalara nəzarət edib uşaq futbolunun inkişafına dəstək verməkdən ibarət olacaq.

 

Məmmədov təyinatı ilə bağlı kapazpfc.az-a açıqlamasında göstərilən etimadla əlaqədar klub rəhbərliyinə minnətdarlığını bildirib.

 

O, ümidləri doğrultmaq üçün əlindən gələni edəcəyini söyləyib: “Kəpəz” mənim üçün doğma klubdur. Burda oynamışam, karyeramı başa vurduqdan sonra məşqçi kimi də çalışmışam.

 

Bu klubda işləmək, oynamaq hamı üçün böyük şərəfdir. Müəyyən fasilədən sonra yenidən doğma komandamıza döndüm. Həm əvəzedici heyətin məşqçisi, həm də uşaq futbolunun rəhbəri kimi “Kəpəz”ə xidmət göstərəcəm.

 

Yaxşı futbol oynamağı bacaran oyunçular yetişdirməliyik ki, onlar da gələcəkdə komandamızın şərəfini layiqincə qorusunlar. Klubumuzun uğur qazanması üçün səylə çalışmalıyıq”. 

Tarix: 26 Dekabr 16:00    Oxunub: 262    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.