Azərbaycan millisinin qazancı - 3 qızıl, 2 gümüş və 7 bürünc medal

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir başa çatıb.

 

Sportinfo.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasının idman zalında baş tutan yarışda yığmamızla yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini yoxlayıblar.


Komandamız turnirdə 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb. Millimizin heyətində Maqsud Xasmətov (49 kq), Əflatun Babayev (52 kq) və Amid Əlizadə (56 kq) bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib.

 

Yalnız finalda uduzan Məhəmməd Yusifovla (75 kq) Zaur Musayev (81 kq) ikinci yeri tutublar. Digər boksçularımızdan Nurlan Səfərov (60 kq), Səlim Səlimov (64 kq), Cavid Qurbanov (69 kq), Elmir Süleymanov, İbrahim Məhəmmədhəbib (hər ikisi 81 kq), İsmayıl Yaqubov (91 kq) və Elgün Nəzərli (+91 kq) bürünc medalla kifayətləniblər.


Bu nəticə Azərbaycanı komanda hesabında birinci edib. Yarışda ikinci yer Özbəkistana qismət olub. Asiyalılar Abbas Ağalarov turnirində 2 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələniblər. İlk “üçlüy”ü isə Ukrayna yığması qapayıb. Onlar Bakıda 2 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar.


Qaliblərə diplom və kubok verilib. Noyabrın 24-də 80 illik yubileyini qeyd edən Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyevə mükafatlandırma mərasiminin yekununda Özbəkistan Boks Federasiyası tərəfindən xüsusi hədiyyə təqdim olunub.


49 kq
1. Maqsud Xasmətov (Azərbaycan)
2. Soburbek Komolmizoyev (Özbəkistan)
3. Dmitri Dvali (Rusiya)
3. Timur Kabdeşov (Qazaxıstan)


52 kq
1. Əflatun Babayev (Azərbaycan)
2. Maqcan Bekzad (Qazaxıstan)
3. Talqat Sarmbetov (Qazaxıstan)
3. Səməndər Xolmuradov (Özbəkistan)


56 kq
1. Amid Əlizadə (Azərbaycan)
2. Muhamedali Suduk (Qazaxıstan)
3. Maksim Xaliniçev (Ukrayna)
3. Gia Totiudze (Gürcüstan)


60 kq
1. Xalbek Utesenov (Özbəkistan)
2. Ankit (Hindistan)
3. Vadim Klyim (Ukrayna)
3. Nurlan Səfərov (Azərbaycan)


64 kq
1. Cahangir Rəhmanov (Özbəkistan)
2. Maksim Molodan (Ukrayna)
3. Səlim Səlimov (Azərbaycan)
3. Vasili Zaytsev (Rusiya)


69 kq
1. Azad Asanov (Qazaxıstan)
2. Cambulat Bijamov (Rusiya)
3. Cavid Qurbanov (Azərbaycan)
3. Rüstəm Baynazarov (Qazaxıstan)


75 kq
1. Yevgeni Yenaki (Ukrayna)
2. Məhəmməd Yusifov (Azərbaycan)
3. Navo Tamazov (Özbəkistan)
3. Laşa Kurtanidze (Gürcüstan)


81 kq
1. Vitali Stalçenko (Ukrayna)
2. Zaur Musayev (Azərbaycan)
3. Elmir Süleymanov (Azərbaycan)
3. İbrahim Məhəmmədhəbib (Azərbaycan)


91 kq
1. Vadim Sçablikin (Rusiya)
2. Cavahir Taqaymuradov (Özbəkistan)
3. İsmayıl Yaqubov (Azərbaycan)
3. Əhmədcan Arnur (Qazaxıstan)


+91 kq
1. Kirill Basayev (Rusiya)
2. İlyas Musayev (Qazaxıstan)
3. Timur Atabəyov (Özbəkistan)
3. Elgün Nəzərli (Azərbaycan)

Tarix: 25 Dekabr 16:00    Oxunub: 153    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.