Əliyevə məğlub olan rusiyalı revanş arzulayır: "Gələn dəfə başqa cür olacaq" - VİDEO

Rusiyalı güləşçi Hacımurad Rəşidov azərbaycanlı həmkarı Hacı Əliyevlə döyüşünü şərh edib.

 

Dünya çempionatının finalında 61 kq çəki kateqoriyasında Hacı Əliyev Hacımurad Rəşidovun üzərində 7:1 hesabı ilə qələbə qazanıb.

 

Sportinfo.az Hacımurad Rəşidovun wrestdag.ru-ya müsahibəsini təqdim edir:

 

Sənin bu il bir neçə güclü güləşçi ilə döyüşün olub. Onlardan hansı ilə görüş daha ağır olub?

- Rusiyalı rəqiblərdən Əhməd Çakayev, xarici güləşçilərdən isə gürcü Vladimir Xinçeqaşvili ilə tatamidə görüş daha çətin olub. Onlarla dünya çempionatında döyüşüm çox ağır keçib.

 

Bəs niyə finalda uduzduğun Hacı Əliyevlə görüşü vurğulamadın?

- Əliyev üçqat dünya çemionudur, bu da çox şeydən xəbər verir. Bundan başqa, bizim Parisdəki görüşümüz göstərici deyil. Finalda mənim döyüşmək üçün gücüm qalmamışdı. Bəlkə də bu, bəhanə kimi səslənir. Lakin qoy belə düşünənlər mənim kimlə döyüşməli olduğuma, eləcə də Hacının rəqibinin kim olduğuna baxsınlar.

 

Bu sizin tatamidə ilk görüşünüz idi?

- Bəli, əvvəllər onunla üzləşməli olmamışam. Mən məğlubiyyətimdən nəticə çıxaracağam və bizim gələn döyüşümüz başqa cür olacaq.

 

Tarix: 25 Dekabr 12:24    Oxunub: 243    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.