Azərbaycan millisinin üzvü tutuldu - Soyğunçuluqda ittiham olunur!

Sərbəst güləş üzrə Avropa çempionu olmuş Azərbaycan millisinin üzvü Anar İsmayılov soyğunçuluqda ittiham edilir.

 

Sportinfo.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir.

 

Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilən A. İsmayılovun cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

 

 A.İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Tarix: 22 Dekabr 10:00    Oxunub: 395    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Yanvar 2018
21 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.