Azərbaycan klubu Çelenc Kubokunda 1/8 finala yüksəldi

Kişi voleybolçulardan ibarət "Lokomotiv" Çelenc Kubokunda 1/8 finala yüksəlib.

 

Sportinfo.az xəbər verir ki, "dəmiryolçular" 1/16 finalda Portuqaliya "Fonte Bastardo"sunu mübarizədən kənarlaşdırıb.

 

İlk görüşdə Bakıda 3:1 hesablı qələbə qazanan Azərbaycan təmsilçisi Praya da Vitoriadakı qarşılaşmada 0:3 hesabı ilə uduzub - 13:25, 20:25, 13:25.

 

Lakin qaydalara əsasən, bu halda "qızıl set" təyin olunub. Gərgin keçən hissədə "dəmiryolçular" 25:23 hesablı qələbə qazanaraq, mərhələ adlayıblar.

 

1/8 finalda "Lokomotiv" Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq. İlk oyunlar 16 - 18 yanvarda, cavab görüşləri 30 yanvar - 1 fevralda keçiriləcək.

 

"Fonte Bastardo" (Portuqaliya) - "Lokomotiv" (Azərbaycan) - 3:0 (25:13, 25:20, 25:13)

Qızıl set - 23:25

Hakimlər: Mauro Karlo Qoytre (İtaliya), Ehsanollah Rejaiyan (Fransa)

Praya da Vitoria (Portuqaliya)

İlk görüş - 1:3.

Tarix: 22 Dekabr 00:00    Oxunub: 92    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.