2 iranlı legioner Azərbaycanın birinci liqasında - FOTOLAR

Futzal üzrə Azərbaycan birinci liqasında mübarizə aparan "Marafon” heyətini 2  yeni futbolçu ilə gücləndirib. Sportinfo.az xəbər verir ki, söhbət iranlı Mehdipur Kəsra və Həmid Xudayidən gedir. Bu münasibətlə klubun inzibati binasında iranlı legionerlərin təqdimat mərasimi keçirilib (sportfm.az). 


Tədbirdə iştirak edən klubun icraçı direktoru Samir Məmmədov qarşıya qoyulan hədəflərə çatmaq üçün hər iki idmançının onlara kömək edəcəyinə inandığını bildirib. Sonra klub rəsmisi qapıçı - 26 yaşlı Mehdipur Kəsraya və 24 yaşlı Həmid Xudayiyə "Marafon”un formalarını təqdim edib.

 

Onların karyerasından bəhs edən Məmmədov hər iki legioner futzalçının İranın aşağı yaş qrupları üzrə yığma komandalarının şərəfini qoruduğunu deyib. Müvafiq olaraq, "Fərruxi” və "Mobil Kərimi”dən Azərbaycana təşrif buyuran futzalçıların karyeralarını ilk dəfə İrandan kənarda davam etdirəcəyi diqqətə çatdıırılıb. 

 

Tarix: 27 Yanvar 13:12    Oxunub: 610    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyul 2017
23 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.