Azərbaycanda ən çox maraq obyekti - “Neftçi” və “Zirə”

Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vurulub.

 

Sportinfo.az xəbər verir ki, kubokun bu mərhələsini stadiondan izləmiş azarkeş sayı bəlli olub.

 

1/4 finalda ən çox maraq “Zirə” və “Neftçi” arasında baş tutmuş oyunlara olub. Belə ki, bu komandalar arasında Zirədə keçirilmiş ilk oyunu 1000, 8-ci km stadionunda baş tutmuş cavab qarşılaşmasını isə 2000 azarkeş tribunalardan izləyib.

 

İlk oyunda 0:1 hesabıyla məğlub olan “Neftçi” cavab matçında 2:0 hesabıyla qalib gələrək, yarımfinala adlayıb. Mərhələnin ən az maraq yaradan cütü isə “Qəbələ” - “Səbail” (1:0, 4:2) olub.

 

Belə ki, bu komandalar arasında Qəbələdə keçirilmiş ilk matçı 400, “Bayıl Arena”dakı revanşı isə cəmi 250 tamaşaçı tribunalardan izləyib.

 

“Qarabağ”la “Sumqayıt” arasında Suraxanıdakı “Azərsun Arena”da keçirilmiş ilk oyunda (2:1) 450 tamaşaçı qeydə alınıb.

 

Bu komandalar arasında Sumqayıtda keçirilmiş və meydan sahiblərinin gözlənilməz qələbə ilə (2:0) kubokun son üç ildəki qalibini mübarizədən kənarlaşdırdığı qarşılaşmanı isə 1326 tamaşaçı izləyib.

 

“İnter Arena”da baş tutmuş “Keşlə” - “Kəpəz” matçında (2:0) 1000 tamaşaçı qeydə alınıb. Bu komandalar arasında Gəncə şəhər stadionunda keçirilmiş cavab oyununu (2:3) isə cəmi 700 tamaşaçı izləyib.

 

Maraqlıdı ki, ölkə çempionatında uğursuz nəticələrə rəğmən, “Kəpəz”in oyunlarına bundan qat-qat artıq azarkeş gəlir.

 

Ancaq protokolda heç bir səhv yoxdusa, bu rəqəmdən yerli azarkeşlərin artıq doğma komandalarına inamının get-gedə itdiyi görünür.

 

Ümumilikdə, mərhələnin 8 oyununu 7126 azarkeş tribunalardan izləyib ki, bu da, hər oyuna orta hesabla təxminən 890 tamaşaçı deməkdi.

Tarix: 20 Dekabr 10:36    Oxunub: 295    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.