Yeni vitse-prezident seçildi

Bakıda Azərbaycan Milli Karate Federasiyasının birinci vitse-prezidenti seçkiləri keçirilib.

 

Sportinfo.az xəbər verir ki, səsvermə nəticəsində bu vəzifəyə Fərid Əsgərov seçilib.

 

F.Əsgərovu federasiyanın kollektivinə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim edib. Nazir müavini qeyd edib ki, Milli Karate Federasiyası hər zaman ona göstərilən etimadı doğruldub.

 

Karatenin olimpiya idman növü elan olunduğunu vurğulayan İ.İsmayılov bildirib ki, idmançılar medalların əldə olunması üçün daha çox çalışmalıdırlar.

 

O, ümidvar olduğunu bildirib ki, F.Əsgərovun birinci vitse-prezident seçilməsi Milli Karate Federasiyasının xeyrinə olacaq və azərbaycanlı idmançılar daha böyük uğurlara imza atacaqlar.


Federasiyanın birinci vitse-prezidenti seçilmiş F.Əsgərov, öz növbəsində, ona göstərilən etimada görə minnətdarlığını bildirib və kollektivlə uğurla əməkdaşlığa ümid etdiyini vurğulayıb.

 

Daha sonra federasiyanın prezidenti Yaşar Bəşirov qeyd edib ki, kollektiv Tokioda keçiriləcək Olimpiya Oyunlarında uğurla çıxış etmək üçün əlindən gələni etməlidi.

 

Y.Bəşirov dövlət tərəfindən, xüsusilə də Gənclər və İdman Nazirliyi tərəfindən Milli Karate Federasiyasına göstərilən dəstəyə görə minnətdarlığını bildirib və əmin olduğunu bildirib ki, idmançılar gələcək yarışlarda layiqli nəticələr göstərəcəklər.

Tarix: 20 Dekabr 08:24    Oxunub: 252    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.