"Sabah" yenidən təşkil olunur

Sportinfo.az xəbər verir ki, Divizionda mübarizə aparan "Sabah”ın baş məşqçisi Arif Əsədov klubun rəsmi "facebook” səhifəsinə müsahibə verib.

 

Komandanın 1-ci divizionda çıxışını necə dəyərləndirirsiz?

- Bildiyiniz kimi, bizim komanda çempionatın startına 1 ay qalmış yığıldı. Bu səbəbdən də istədiyim heyəti yığa bilmədim. Daha çox təcrübəsiz gənclərə, kənarda qalan, tanıdığım futbolçulara üstünlük verməli oldum. Diviziondakı çıxışımızı iki hissəyə bölərdim. Çempionatın startı bizim üçün yaxşı başladı. Həm nəticə, həm də oyun baxımından hər şey qaydasında gedirdi. Sonradan bəzi əsas heyət üzvlərinin zədələnməsi çıxışımıza da təsirsiz ötüşmədi. Heyətimiz geniş olmadığından çempionatın gedişində zədəli və cəzalı futbolçuların yoxluğu dərhal hiss olundu. Buna baxmayaraq, fasiləyə iki tur qalmış komanda özünə gəlməyi bacardı. Məni narazı salan yeganə məqam turnir cədvəlindəki mövqeyimizdir. Bununla belə, xal baxımından liderlər qrupundan çox aralanmadıq. İkinci pillədən bizi cəmi 6 xal ayırır ki, bu da gələcəyə nikbin baxmağa əsas verir.

 

Qış fasiləsindən necə yararlanmağı düşünürsünüz?

- Hazırlıq planımız 3 hissədən ibarət olacaq. Komanda yanvarın 5-də bir araya gələcək. İlk mərhələ ayın 15-nə kimi davam edəcək. 1-ci mərhələ daha çox seleksiya xarakteri daşıyacaq. Yanvarın 15-də "Kəpəz”lə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. 2-ci mərhələdə əsasən fiziki hazırlığa diqqət yetirəcəyik. Bu mərhələdə daha 3 yoxlama görüşü keçirməyi düşünürük. Son mərhələdə isə texniki-taktiki tapşırıqlar üzərində işləyəcəyik.

 

Heyətlə bağlı hansısa dəyişikliklər gözlənilirmi?

-Artıq 7 futbolçu ilə yolları ayırmışıq. Demək olar ki, hər mövqeyə yeni futbolçu transfer etməyi düşünürük.

 

Qış fasiləsindən sonra komandanın qarşısında hansı hədəf qoyulacaq? Ümumiyyətlə, komandanın potensialı nə qədər irəliləməyə imkan verir?

-Mümkün qədər turnir cədvəlində irəliləməyə çalışacağıq. Fikrimcə, ilk "üçlük” uğrunda mübarizə apara bilərik.

Tarix: 19 Dekabr 17:12    Oxunub: 494    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyul 2018
19 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.