Direktor vəzifəsi təklif olunsa da, hələ yekun qərarını verməyib

 Braziliyalı yarımmüdafiəçi Kaka futbolçu karyerasını rəsmən başa vurub.

 

Sportinfo.az xəbər verir ki, bu barədə 35 yaşlı oyunçunun özü TV Globo-nun efirində açıqlama verib.

 

"Son sözüm budur ki, peşəkar karyeram başa çatdı", - deyə "sambaçı" bildirib. Kaka Braziliyanın "San Paulu", İtaliyanın "Milan", İspaniyanın "Real" və ABŞ-ın "Orlando Siti" komandalarında forma geyinib.

 

2002-ci ildə dünya çempionu, 2007-ci ildə isə "Qızıl top"un sahibi olub. 2002 - 2016-cı illərdə Braziliya millisinə çağırılmış ulduz futbolçu 92 oyuna 29 qol vurub. Kakaya daha əvvəl "Milan"da direktor vəzifəsi təklif olunsa da, o, hələ yekun qərarını verməyib.

Tarix: 18 Dekabr 11:12    Oxunub: 161    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.