Qurban Qurbanov Rövnəq Abdullayevdən 1 qəpik də istəməyib

Növbəti 6 ildə millinin sükanı arxasında olacaq Qurban Qurbanov hələ rəsmən yeni görəvinin icrasına başlamayıb.

 

Baxmayaraq ki, Roöert Prosineçknin AFFA ilə bağladığı müqavilə dekabrın 6-dan etibarən qüvvədən düşüb. 


Bu arada bəzi mətbu orqanlar yeni baş məşqçinin federasiya ilə anlaşma şərtləri barədə müxtəlif xəbərlər tirajlamaqdadı. Onlara görə, Qurbanov yığmada keçirdiyi hər il üçün qurumdan 1 milyon manat maaş alacaq.

 

Digər bir məlumata görə, komanda AVRO-2020-yə vəsiqə qazanarsa, təcrübəli çalışdırıcı əlavə olaraq 200 min manat qazanacaq.


Sportinfo.az bu informasiyanı müxtəlif mənbələr vasitəsilə dəqiqləşdirməyə çalışıb. Redaksiyamıza məlum olub ki, Qurbanov AFFA prezidenti Rövnəq Abdullayevlə görüşündə maliyyə şərtlərini qətiyyən müzakirə etməyib, pulun «p» hərfinin də adını tutmayıb.

 

O, milliyə gətirilməsi barədə qərarın ən yüksək səviyyədə verilməsini bildiyindən, təklifi müzakirəsiz qəbul edib. Və günü bu gün də özünə də sirdi ki, nə alacaq. Çün maraqlanmır.


AFFA-nın düşündüyü rəqəm isə 650-700 min manat civarındadı. Bu isə Berti Foqtsla Robert Prosineçkinin gəliri ilə müqayisədə xeyli aşağıdı. Almaniyalı ilinə 6 milyon avro alırdısa, xorvatiyalı həmkarında bu məbləğ 1,2 milyon avro təşkil edirdi. 


İndi Qurbanov ona görə yığmaya dəvət olunub ki, özündən əvvəlkilərin edə bilmədiyini, bacarmadığını etsin. Qarşıdan Avropa çempionatının seçmə mərhələsi və Millətlər Liqası gəlir. AFFA-nın ən ümdə istəyi odu ki, mili 4 oyunu Bakıda təşkil olunacaq qitə birinciliyinin final mərhələsinə yüksəlsin.

 

Bu məntiqlə, federasiya Qurban bəyə nəinki 1 milyon, bundan dəfələrlə artığını verməlidi. Əgər ondan qabaqkılar heç bir ciddi öhdəlik götürmədikləri halda, Azərbaycandan torba-torba pul aparıblarsa, Qurbanov niyə almasın? Öz azərbaycanlımızdı, fəxrimizdi, nə alsa, nə istəsə, halalıdı.

 

Başqa məsələ ki, dövlətin dəstəklədiyi bu təyinat AFFA-da əyləşən məmurların hamısının ürəyincədi, ya yox. Yaxud Foqts və Prosineçkiyə yaradılan şərait yeni baş məşqçi üçün də təşkil olunacaqmı?

 

Tarix: 18 Dekabr 11:00    Oxunub: 548    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.