"Kimləri heyətdə görmək istədiyimi bilməkdə bu qədər maraqlısızsa..."

“İnter”in baş məşqçisi Luçano Spalletti qış transfer pəncərəsi zamanı atacaqları addımlar barədə danışıb.

 

Sportinfo.az xəbər verir ki, Spalletti transferlərlə bağlı suala yarızarafat cavab verib.

 

O, heyətə cəlb etmək istədiyi futbolçuların da adlarını açıqlayıb: “Transfer bazarında çox ehtiyatlı olmaq lazımdı. Klub rəhbərliyi, prezident öz mövqeyini bildirməyənə qədər, bizim susmağımız lazımdı.

 

Siz mənim kimləri heyətdə görmək istədiyimi bilməkdə bu qədər maraqlısızsa, onda onların soyadlarını deyirəm: İnyesta, Ramos və Sançes. Yaxşı, gəlin bu yöndə çox sual verməyin”.

Tarix: 18 Dekabr 10:24    Oxunub: 210    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.