Premyer Liqamızın debütantında “tikiş“i tutmadı

Sezonun birinci bölümünü, gözlənildiyi kimi, zəif keçirən “Səbail” islahatlara başlayıb.

 

Debütant Edqaras Jarskizi göndərib. Litvalı legionerlə müqavilənin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edilib və o, azad agent statusu alıb.


“Səbail” feysbuk səhifəsində yayımladığı mesajda Edqaras Jarskizə gələcək karyerasında uğurlar arzulayıb.

 

Amma açıqlanmayıb ki, Azərbaycanda olduğu müddətdə 11 Premyer Liqa matçına çıxan müdafiəçi bir günün içində ayrıldı. Pişik asqırmadı, xoruz banlamadı, nə oldu bəs? Təbii, səbəb və səbəbkar var.

 

«Qəbələ» ilə bokə kubokunun ¼ final mərhələ oyunlarında iştirak etməyən baltikalı Samir Əliyevlə münasibətlərini korlayıb.

 

Baş məşqçi ilə arasından qara pişik keçən Edqaras həmçinin bəzi aparıcı yerli futbolçularla da problem yaşayıb.

 

Ona görə də ailəsiylə bağlı işləri əsas gətirərək, rəhbərliyin vaxtından əvvəl düşərgədən ayrılmasına izn istəyib və alıb (Sportinfo.az).

 

Tarix: 18 Dekabr 10:00    Oxunub: 256    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.