Elxan Məmmədovun "World Masters"də nə qazandığı bilindi

Azərbaycan cüdo millisi Rusiyanın Sankt Peterburq şəhərindəki "World Masters" turnirini 2 medalla başa vurub.

 

Sportinfo.az xəbər verir ki, son yarış günündə dünya və Avropa çempionu Elxan Məmmədov da bürünc medala sahib olub.

 

35 yaşlı cüdoçu mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ilk görüşündə Joakim Dvarbini, növbəti qarşılaşmasında Jorje Fonsekanı üstələyib.

 

Lakin yarımfinalda Məmmədov hollandiyalı Mixael Korrelə "qızıl xal"la uduzub. Bürünc medal uğrunda görüşdə isə rəqib "Bakı 2015" I Avropa Oyunlarının qalibi Kirill Denisov olub. Təcrübəli cüdoçu qalib gələrək, fəxri kürsüdə yer almağı bacarıb.

 

İlk yarış günündə Azərbaycanın daha bir təmsilçisi Hidayət Heydərov 73 kq çəki dərəcəsində bürünc medalla kifayətlənib. Digər cüdoçulardan Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov 7-ci yeri tutub.

Tarix: 18 Dekabr 09:48    Oxunub: 109    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Yanvar 2018
17 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.