“İnter” ilk məğlubiyyətini aldı, "Qarabağ"ın rəqibi uddu - VİDEOLAR

İtaliya A Seriyasında 17-ci tura start verilib.

 

Sportinfo.az xəbər verir ki, turun ilk matçında lider “İnter” “Udineze”ni qəbul edib. Milan təmsilçisi bu oyunda cari mövsümdəki ilk məğlubiyyətinə üzülüb.

 

“Neradzurra”nın ən yaxın izləyicisi “Napoli” də ilk oyun günündə meydana çıxlb. Neapol təmsilçisi Turində “Torino”nun qonağı olub. Liderin xal itkisindən maksimum yararlanan "Napoli" zirvəni ələ keçirib.

 

Liderlər qrupunda qərarlaşan daha bir komanda - "Roma" da doğma meydanda "Kalyari" ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin çətin qələbəsiylə başa çatıb.

 

İnter - Udineze  1:3

Qol: İkardi, 15 - Lasanya, 14. De Paul, 61-pen. Barak, 77.

 

Torino - Napoli 1:3
Qol: Belotti, 63 - Kulibali, 4. Zelinski, 25. Hamşik, 30.

 

Roma - Kalyari 1:0
Qol: Fasio, 90+2.

 

 - -

Tarix: 17 Dekabr 15:52    Oxunub: 222    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.