“Atletiko” evdə qalib gəldi, “Valensiya” uduzdu - VİDEOLAR

İspaniya La Liqasında 16-cı tur həyəcanı davam edir.

 

Sportinfo.az xəbər verir ki, turun ilk oyununda “Sevilya” “Levante”ni qəbul edib və qarşılaşma qolsuz başa çatıb.

 

Şənbə gününün ən maraqlı oyunlarından biri Bilbaoda keçirilib. Baskoniya bölgəsinin iki köklü klubu - “Atletik” və “Real Sosyedad” münasibətlərinə aydınlıq gətiriblər. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, qarşılaşma qolsuz bitib.

 

"Valensiya" səfərdə "Eybar"a məğlub olub. Madrid "Atletiko"su isə doğma meydanda "Alaves"i məğlub edib.

 

BƏƏ-də keçirilən Klublararası dünya çempionatında iştirak edən “Real”ın “Leqanes”lə səfər oyunu təxirə salınıb.

 

Sevilya - Levante 0:0

 

Atletik - Real Sosyedad 0:0

 

Eybar - Valensiya 2:1
Qol: İnui, 49. Cordan, 87 - Mina, 57. 

 

Atletiko - Alaves 1:0
Qol: Torres, 74.

 

 - -

Tarix: 17 Dekabr 15:40    Oxunub: 89    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Yanvar 2018
18 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.